Cari ilin 26 aprel tarixində Bakı Slavyan Universitetində (BSU) Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) Tədris və metodika mərkəzinin “Müasir ədəbiyyat məktəbdə. Ədəbiyyat dərslərində məna kəsb edən oxu vərdişlərinin formalaşması.” mövzusunda seminarı keçirildi. Seminarda Bakı məktəblərinin rus dili və ədəbiyyatı müəllimləri, həmçinin BSU-nun magistrantları və doktorantları iştirak etdilər. 
Seminarın mövzusu ilə BSU-nun dosenti Sevinc Məmmədova və BSU-nun dosenti Antonina Tretyakova çıxış etdilər. Bu istiqamətdə Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində aparılan praktiki iş təcrübəsindən Kompleksin direktoru İlahə Carçıyeva və rus dili və ədəbiyyatı müəllimləri Səkinə Məlikova və Səbinə Salmanova. 
Seminarda Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimləri Assosiasiyasının sədri Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təhsil proqramlarının koordinatoru Lyubov Yakunina  iştirak etdi.