Cari ilin 23 iyun tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Tədris və Metodika mərkəzinin Aleksey Çernyayevski adına 1 saylı məktəbin yaranmasının 150 illiyinə həsr olunmuş genişləndirilmiş səyyar seminarı keçirilmişdir.  Məktəb Qobustan rayonunun Mərəzə qəsəbəsində yerləşir.

Seminarda təhsil müəssisələrinin, pedaqoji elmin və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Seminar “Pedaqoji irs və müasir məsələlər” mövzusunda keçirilirdi.

Dmitri Ponomaryovun rəhbərliyi ilə RİMM-in yaradıcı kollektivinin çəkdiyi “Maarifçi” (2016-cı il) sənədli filminə baxış keçirildi.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Məlahət Müştaqova, Qobustan rayonu İcra Hkimiyyətinin nümayəndəsi Aftandil Şikarov, Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət, Təhsil İşçilərinin İxtisasartırma İnstitutunun Beynəlxalq layihələr şöbəsinin müdiri Azad Əhmədov, Təhsil İnstitutu Muzeyinin direktor müavinləri Kəmalə Həsənova və Zülfiyyə Şıxəliyeva və Aleksey Çernyayevski adına 1 saylı məktəbin direktoru İmran Sabirov və s. seminar iştirakçıları qarşısında çıxış etdilər.

Seminarı Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina aparırdı.