Cari ilin 23 iyun tarixində Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiya Gənclər gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Məlum olduğu kimi bu bayram Rusiyada 27 iyun tarixində qeyd olunur.

Azərbaycandakı Rossotrudniçestvo nümayəndəliyinin baş eksperti Yelena Şışkalova bayramın tarixi, RİMM-də gənclərlə aparılan işlər barədə məlumat verdi və “Puşkini oxuyaq” beynəlxalq informasiya layihəsinin azərbaycanlı iştirakçılarına təşəkkür məktubları təqdim etdi. 

2017-ci ilin oktyabr ayında Soçi şəhərində keçiriləcək XIX Ümümdünya gənclər və tələbələr festivalının ilkin proqramı təqdim olundu. Görüş iştirakçıları arasında festivalın Təşkilat Komitəsinin saytında geydiyyatdan keçənlər və festivalda iştirak etməyi arzulayanların sayı az olmadı.

Sonra Bakı şəhərinin musiqi məktəblərinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olundu.

Konserti Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nicat Tarverdiyev aparırdı.