22 iyun tarixində Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Böyük Vətən müharibəsinin başlamasının 76-ci ildönümünə həsr olunmuş fotosərgi açıldı. Məlum olduğu kimi bu gün Rusiyada xatırlama və kədər günü kimi geyd olunur.

Sərgini Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov  açdı. O, bu ağır müharibədə bütün sovet xalqının sücaətindən söhbət açdı, Rusiya və Azərbaycan xalqının bu qələbəyə verdiyi töhvələrdən danışdı.