Azərbaycandakı Rossotrudniçestvo nümayəndəliyinin baş eksperti Yelena Şışkalova bayramın tarixi, RİMM-də gənclərlə aparılan işlər barədə məlumat verdi və “Puşkini oxuyaq” beynəlxalq informasiya layihəsinin azərbaycanlı iştirakçılarına təşəkkür məktubları təqdim etdi.
Cari ilin 23 iyun tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Tədris və Metodika mərkəzinin Aleksey Çernyayevski adına 1 saylı məktəbin yaranmasının 150 illiyinə həsr olunmuş genişləndirilmiş səyyar seminarı keçirilmişdir. Məktəb Qobustan rayonunun Mərəzə qəsəbəsində yerləşir.
Cari ilin 26 aprel tarixində Bakı Slavyan Universitetində (BSU) Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) Tədris və metodika mərkəzinin “Müasir ədəbiyyat məktəbdə. Ədəbiyyat dərslərində məna kəsb edən oxu vərdişlərinin formalaşması.” mövzusunda seminarı keçirildi. Seminarda Bakı məktəblərinin rus dili və ədəbiyyatı müəllimləri, həmçinin BSU-nun magistrantları və doktorantları iştirak etdilər.
22 iyun tarixində Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Böyük Vətən müharibəsinin başlamasının 76-ci ildönümünə həsr olunmuş fotosərgi açıldı. Məlum olduğu kimi bu gün Rusiyada xatırlama və kədər günü kimi geyd olunur.